NATO-dan Putinin nüvə qərarına reaksiya və azərbaycanlı alimin şərhi

"Bəs, okeanda, ABŞ və Qərbi Avropa sahillərində hündürlüyü 500 metrə çatan güclü sunamilər yaradaraq böyük əraziləri darmadağın etmək gücündə olan "Poseydon"lar necə? Axı, onların da hansı okeanda, suyun nə qədər dərinliyində və hansı ölkələrin sahilinə yaxın ərazilərdə olduqları da məlum deyil.
Beləliklə, Ukraynaya nüvə zərbəsi mütləq və mütləq endiriləcək. Rusiyanın başqa yolu qalmayıb. NATO-nun Ukraynaya verdiyi və verməyə hazırlaşdığı yardımlar Rusiyanın adi silahlarla qələbə şansını sıfra endirir. Məğlubiyyət isə məhvə bərabərdir və Rusiyanın xəritədən silinməsi deməkdir".
Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilədə iştirakını dayandırmaq qərarına görə təəssüfləndiyini bəyan edib və Rusiya tərəfini bu qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
Bəlli olduğu kimi, Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciətində RF-nin Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Müqavilədə iştirakını dayandırdığını bəyan edib.
Rusiya ilə ABŞ arasında 2010-cu ilin aprelin 8-də imzalanan saziş tərəflərin strateji hücum silahlarını azaltmasını və məhdudlaşdırmasını (əsasən qitələrarası ballistik raketlərin sayının 700, nüvə başlıqlarını 1550 ədədə qədər azaldılmasını) nəzərdə tuturdu.
Qeyd edək ki, araşdırmaçı alim Bəxtiyar Tuncay Putinin bu qərarı barəsində öz “Feysbuk” səhifəsində belə bir şərh verib: “Nəhayət ki, Putin gözlənilən nitqini söylədi. Nitqinə, gözlənildiyi kimi, Ukrayna savaşından başladı, sözlərini eyni notlarla da tamamladı. Təbii ki, nitqinin ortasında təhsildən səhiyyəyə, turizmdən kənd təsərrüfatına və sənayedən elm və texnologiyalar sahəsinə qədər bir çox məsələlərə də ötəri olaraq toxundu. Fikrinin məğzini, yəni əsas demək istədiyini isə sona 15 dəqiqə qalmış dilə gətirdi və onu cəmi 3-4 dəqiqə içərisində tamamladı.
Beləliklə, Rusiya prezidentinin çıxışının 3-4 dəqiqəlik əsas hissəsini çıxsaq, yerdə qalan hissəsində heç nə yeni bir söz demədi, əvvəllər demiş olduqlarını təkrarladı. Bu hissəni "bunu etməliyik, onu etmək lazımdır" kimi hər dəfə deyilən və heç nə də edilməyən zəruri tədbirlərin sıralanması kimi xarakterizə etmək olar.
Bir sözlə, boş və mənasız söz yığını, yəni hava.
Keçək əsas məsələyə.
Putin, Strateji nüvə hücum silahları Sazişindəki iştiraklarını dondurduqlarını bildirdi və xüsusi olaraq qeyd etdi ki, sazişdən çıxmırlar, sadəcə dondururlar. Səbəb kimi ABŞ-ın sazişə əməl etməməsini göstərdi. Nüvə sınağı keçirən ilk ölkənin olmayacaqlarını, fəqət ABŞ keçirərsə, onlar da keçirəcəklərini dilə gətirdi. Ən əsası isə Rusiyaya qarşı cəbhə almış NATO ölkələrindən üçünün - ABŞ, İngiltərə və Fransanın nüvə silahına sahib olduqlarını xatırladaraq, nüvə savaşının çıxacağı halda ilk dağıdıcı zərbələri kimə endirəcəklərinə işarə etdi.
Putin Ukraynaya taktiki nüvə zərbəsi endirməyə hazırlaşdığı barədə bir söz deməsə də, onun ABŞ, İngiltərə və Fransaya xüsusi xəbərdarlıq mesajı göndərməsi belə bir addımın gündəmdə olduğunu bir daha təsdiqləndi.
Əlbəttə ki, ABŞ, İngiltərə və Fransa durub-durduqları yerdə Rusiyaya zərbə endirmək fikrinə düşməzlər. Bu addımın yalnız Ukraynaya taktiki nüvə zərbələri endirdikdən sonra baş verə biləcəyi aydındır. Bu səbəbdən də Putin onlara bir daha xəbərdarlıq etdi: "Hədəfimdəsiniz!!!"
Ukraynaya zərbədən sonra, təbii ki, Rusiyaya nüvə zərbəsi endirilməyəcək. Adi silahlarla onun müxtəlif dənizlərdəki donanmaları, hərbi, o cümlədən roket bazaları, havadan müdafiə sistemləri, aviasiyası məhv edilə bilər. Buna NATO-nun gücü artıqlaması ilə yetər.
Əlbəttə, bunları və digər obyektləri məhv etmək olar. Bəs, strateji nüvə silahları ilə təmin edilmiş və hazırda dünyanın hansı nöqtələrində əmr gözlədikləri bəlli olmayan sualtı qayıqlar necə?
Bəs, okeanda, ABŞ və Qərbi Avropa sahillərində hündürlüyü 500 metrə çatan güclü sunamilər yaradaraq böyük əraziləri darmadağın etmək gücündə olan "Poseydon"lar necə? Axı, onların da hansı okeanda, suyun nə qədər dərinliyində və hansı ölkələrin sahilinə yaxın ərazilərdə olduqları da məlum deyil.
Beləliklə, Ukraynaya nüvə zərbəsi mütləq və mütləq endiriləcək. Rusiyanın başqa yolu qalmayıb. NATO-nun Ukraynaya verdiyi və verməyə hazırlaşdığı yardımlar Rusiyanın adi silahlarla qələbə şansını sıfra endirir. Məğlubiyyət isə məhvə bərabərdir və Rusiyanın xəritədən silinməsi deməkdir.
Xatırladım ki, ABŞ-ın dövlət başçısı, müdafiə naziri və birləşmiş qərargahlar rəisi də daxil olmaqla, bütün məsul şəxslər Ukraynaya tam qələbəyə qədər tam bir dəstək sözü vermişlər.
Beləliklə, dünya çox təhlükəli bir həddə yaxınlaşıb. Bədbəxtlik burasındadır ki, bunun qarşısını almaq da mümkün deyil. Əski dünya düzəninin əsasları sarsılıb və dünyamız yeni düzənə hamilədir və onun "doğuş ağrılarını" çəkir”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya