NATO-dan Moldovanın Aİ-yə daxil olması barəsində açıqlama
2024-01-26 17:03:54
Hurriyyet.az xəbər verir ki, Moldova 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər. NATO-nun Baş katibi Mirça Coane Kişinyovun məqsədlərinə yaxın olduğunu bildirərək deyib: "Mayya Sandunun fəaliyyəti təşəkkürə layiqdir. O, çox çətin şəraitdə gözəl liderdir. Kişinyov parlamentindəki çıxışı zamanı Moldovanın 2030-cu ilə qədər Avropa İttifaqına daxil olacağını bəyan edib. Bu, mümkündür".
NATO-nun Baş katibinin müavini ümid edir ki, Aİ-yə daxil olduqdan sonra respublika vətəndaşları "coğrafi lənətdən" xilas ola və xarici təsir dairəsindən çıxa bilərlər.
Hürr Tərcüman