Saat:15:24
Haqqımızda

NATO-dan açıqlama: “Rusiya əvvəllər də Ukrayna ilə Gürcüstana hərbi müdaxilə tətbiq edib”

2022-01-17 17:05:00

NATO-dan açıqlama: “Rusiya əvvəllər də Ukrayna ilə Gürcüstana hərbi müdaxilə tətbiq edib”

Hurriyyet.az “Qruziya Onlayn” portalına istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq keçmişdə də Rusiyanın Ukraynaya, Gürcüstana və başqa qonşularına qarşı hərbi qüvvə tətbiq elədiyini nəzərə alaraq, hazırda Rusiyanın Ukraynaya hərbi müdaxilə təhlükəsinin real olduğunu bəyan edib. 

Yens Stoltenberqin sözlərinə görə, dialoq mühümdür, amma yenə də Rusiyanın müdaxiləsinin nəticələrinə hazır olmaq lazımdır: “Biz Rusiyanın öz silahlı qüvvələrini xeyli artırdığını görür, təhdidedici ritorikanı başa düşürük. Onlar deyirlər ki, əgər biz bizə deyiləni etməsək, bizi hərbi və texniki nəticələr gözləyir. Bu, Ukrayaya qarşı hərbi qüvvə tətbiq edilməsi təhdidinə bənzəyir.

Biz Rusiyanın tarixini də bilirik. Rusiya əvvəllər də öz qonşularına – Ukraynaya, Gürcüstana və başqalarına qarşı hərbi qüvvə tətbiq edib. Bütün bunları nəzərə alsaq, real təhdid var. Ona görə də dialoq aparmaq mühümdür. Amma yenə də biz hazır olmalıyıq. Çünki Rusiya yenidən qüvvə tətbiq edə bilər. Ona görə də ona anlatmalıyıq ki, bu çox ağır iqtisadi və siyasi nəticələrə gətirə bilər”.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR