NATO baş katibi Yens Stoltenberqin Türkiyənin XİN naziri M.Çavuşoğlu ilə görüşü baş tutub

NATO baş katibi Yens Stoltenberqin Türkiyənin XİN naziri M.Çavuşoğlu ilə görüşü baş tutub. Daha sonra birgə mətbuat konfransı keçirilib.
NATO rəhbəri xüsusilə Hollandiya, Norveç və Böyük Britaniyanı vurğulayaraq, Türkiyəyə yardım göstərdikləri üçün müttəfiqləri tərifləyib.
Bundan əlavə, Stoltenberg yenə eyni şey haqqında danışıb:
“Terrorçuluq NATO-nun gündəliyinin əsas bəndlərindən biri olacaq. İsveç və Finlandiya ərizələri birlikdə təsdiqlənməlidirmi? Düşünürəm ki, hər ikisi bu mərhələdə təsdiq oluna bilər. Əsas məsələ onların birlikdə ratifikasiya olunub-olunmayacağı deyil, İsveç və Finlandiyanın mümkün qədər tez üzv olmasıdır. Düşünürəm ki, iki ölkənin namizədliklərinin vaxtı çatıb. Amma bu, Türkiyənin qərarı olacaq”.
M.Çavuşoğlu yalnız lakonik və diplomatik şəkildə qeyd edib ki, hər iki ölkənin, xüsusən də İsveçin müəyyən addımlar atmasına ehtiyac var və Türkiyə həmişə NATO-nun güclənməsinin tərəfdarıdır.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya