Saat:07:52
Haqqımızda

NATO baş katibindən Trampa XƏBƏRDARLIQ: Ukraynanı dəstəkləyin

2024-12-04 12:38:47

NATO baş katibindən Trampa XƏBƏRDARLIQ:  Ukraynanı dəstəkləyin

Ukrayna Moskva üçün əlverişli şərtlərlə sülh sazişi imzalamağa məcbur olarsa, ABŞ Çin, İran və Şimali Koreya tərəfindən “dəhşətli təhlükə” ilə üzləşəcək. Bu barədə NATO-nun yeni baş katibi Donald Trampa xəbərdarlıq edib.

Mark Rutte ABŞ-ın düşmənləri arasında əlaqələrin dərinləşməsinin Amerikanı riskə atdığını deyib və seçilmiş prezidenti NATO-da qalmağa və Ukraynanı dəstəkləməyə davam etməyə çağırıb.

Ülviyyə, Hurriyyet.az