Saat:04:10
Haqqımızda

"NATO baş katibi təkbaşına Ermənistana təhlükəsizlik təminatı verə bilmək səlahiyyətinə malik deyil" - ELXAN ŞAHİNOĞLU

2024-04-02 13:36:11

"Ermənistan KTMT-ni tərk etmədən, Rusiya hərbi bazasından və sərhədçilərindən qurtulmadan ABŞ və ya Fransanın İrəvana verəcəyi təhlükəsizlik təminatı işləməyəcək"

"ABŞ dövlət katibi Entoni Blinken okeanın o tayından uzaq məsafə qət edib Ermənistanın baş naziri Nikol Paşinyanla görüş üçün xüsusi olaraq Brüsselə getmir. ABŞ dövlət katibi Avropaya aprelin 1-də gedəcək, Parisdə Fransa prezidenti Emmanuel Makronla Ukrayna və Qəzza mövzularını müzakirə edəcək. 4 apreldə isə Belçika paytaxtında NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin görüşünə qatılacaq. Həmin toplantıdan bir gün sonra isə Brüseldə Paşinyanla görüşəcək. O ki qaldı NATO-ya, bu təşkilatın Ermənistana hansısa təhlükəsizlik təminatı verməsi üçün Şimali Atlantika Blokunun bütün üzv ölkələrinin, o cümlədən qurumun ikinci böyük dövləri Türkiyənin razılığı lazımdır. Ankaranın belə bir razılığı yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, NATO baş katibi Yens Stoltenberq bütün üzv dövlətlərin razılığını almadan təkbaşına Ermənistana təhlükəsizlik təminatı verə bilmək səlahiyyətinə malik deyil: "Avropa İttifaqı da təhlükəsizlik təməninatı verə bilməz, bu da onun səlahiyyəti xaricindədir. Ermənistana iki dövlət – ABŞ və Fransa nəsə vəd edə bilərlər. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etmədən, Rusiya hərbi bazasından və sərhədçilərindən qurtulmadan ABŞ və ya Fransanın İrəvana verəcəyi təhlükəsizlik təminatı işləməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.219371