Saat:04:27
Haqqımızda

Natiq Qasımovun qalıqlarının tapılması ASAN olmayacaq

2024-04-30 13:00:21

Natiq Qasımovun qalıqlarının tapılması ASAN olmayacaq

"Birinci Qarabağ müharibəsi zamanı döyüşmüş və itkin düşmüş qəhrəmanların, o cümlədən Natiq Qasımovun axtarışları, tapılması asan olmayacaq".

Hurriyyet.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov brifinqdə deyib.

E.Səmədov qeyd edib ki, Natiq Qasımov haqqında çəkilən filmdə də onun aqibətinə müəyyən qədər aydınlıq gətirilib:

"Natiq Qasımov və müharibədə itkin düşən digər qəhrəmanların axtarışları, qalıqlarının tapılması qarşı tərəfin onlara göstərdiyi qeyri-insani davranışları nərəzə alsaq, asan olmayacaq. Lakin 2022-ci ildə Laçında itkin düşmüş hərbçilərin və müharibələrdə itkin düşən digər şəxslərin axtarışları davam edir".
Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.174684