Saat:07:31
Haqqımızda

NASA Ayda Wi-Fi şəbəkəsi qurur!

2021-10-19 10:34:00

NASA Ayda Wi-Fi şəbəkəsi qurur!

2024-cü ildə yenidən Aya çıxmağı planlaşdıran Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) çox danışılacaq bir layihə ilə gündəmdədir.

Hurriyyet.az Qafqaz.media-ya istinadən xəbər verir ki, “Business Insider”-ə istinadən xəbər verir ki, NASA planetimizin yeganə peyki olan Ayda Wi-Fi şəbəkəsinin qurulması işlərinə başlayıb.

Sözügedən layihə ilə NASA həm kosmanavtlarla ünsiyyəti asanlaşdırmağı, həm də ABŞ-ın bəzi yerlərində internet problemini həll etməyi hədəfləyir.

Bu araşdırma ilə ABŞ-ın bəzi bölgələrində qeyri-kafi xidməti əvəz edə biləcək bir texnologiyanın inkişaf etdiriləcəyinə ümid edilir.

Klivlenddə ilkin araşdırmalara başlayan NASA, bölgədəki minlərlə elektrik dirəyinə Wi-Fi paylayıcılarının qoşulmasının və oradakı evlərə girişin təmin edilməsinin mümkün olduğunu müəyyən edib.

NASA-nın Araşdırma Mərkəzinin texnologiya inkubasiya və innovasiya direktoru Mari Lobo mövzu ilə əlaqədar verdiyi açıqlamada bildirir:

“Bu layihə kosmlonavtları Aya göndərərkən qarşımıza çıxan problemlərin həlli yollarını inkişaf etdirmək üçün əla bir fürsət təqdim etsə də, ölkəmizdə getdikcə artan bir ictimai problemi də həll etməyi hədəfləyir”.

NASA-nın mətbuat açıqlamasında bildirilir ki, rəqəmsal bərabərsizlik və alternativ internet xidmətinə çıxışın olmaması ABŞ-da, xüsusən də pandemiya dönəmində, ciddi narahatlıq doğurub.

Milli Rəqəmsal İnkişaf Alyansının hesabatına görə, Klivlenddəki evlərin təxminən 31 faizinin internetə genişzolaqlı girişi yoxdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR