Narkotik aludəçisi olan DGK məmuru kimdir?

2022-09-06 10:02:00

Narkotik aludəçisi olan DGK məmuru kimdir?

Dövlət Gömrük Komitəsində narkotik aludəçisi olan şəxslərlə bağlı DGK-nın sədr əvəzi, general-leytenant Şahin Bağırovun qərarı geniş müzakirələrə səbəb olub.

Hurriyyet.azm axar.az-a istinadən bildirir ki, Ş.Bağırovun qərarı təsadüfi deyil. Belə ki, narkotik istifadəçisi olan gömrükçülər haqda kifayət qədər ciddi ittihamlar var.

Bu ittihamlardan bəziləri isə sensasiya xarakterlidir. İddialara görə, Komitənin rəhbərliyində təmsil olunanlardan biri də narkotik aludəçisidir.

Qeyd edək ki, unikal.org general-leytenant Şahin Bağırovun gömrük əməkdaşlarını narkoloji analizdən keçirdiyini yazıb. Nəticədə Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb.

Bundan sonra Şahin Bağırov onların hamısını işdən azad edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055922