“Narkomanların” küçə sərgüzəştləri: - DİN araşdırmalara başladı

2022-09-05 13:28:00

“Narkomanların” küçə sərgüzəştləri: - DİN araşdırmalara başladı

Dünəndən etibarən sosial şəbəkələrdə narkotik vasitə çəkdiyi iddia olunan şəxslərin videogörüntüsü yayılıb.

Müxtəlif yerlərdə videoya çəkilən şəxsin özünü idarə edə bilmədiyi, ayaq üstə dayanmaqda çətinlik çəkdiyi görünür. Sosial şəbəkələrdə həmin şəxsin narkotik vasitə qəbul etdiyindən dolayı bu hala düşdüyü yazılıb.

Bəzi “Facebook” istifadəçiləri isə bunun sosial çarx olduğunu və "TikToker" tərəfindən çəkildiyini bildirib.

Hurriyyet.az-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, məsələ araşdırılır:

"Araşdırmalarla məlum olub ki, video sosial məqsədlə çəkilib. Amma bizdən bununla bağlı icazə alınmayıb, məlumatsız olmuşuq. Biz icazə verərikmi belə bir şey çəkilsin? Məsələ araşdırılacaq".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056521