Saat:14:23
Haqqımızda

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO

2025-02-21 15:50:51

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO

Sərfəli rabitə xidmətləri ilə tanınanNarFüzuli şəhərində, Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin şagirdləri arasındaBöyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib. Şagirdlərin yaratdığı əsərlər məktəbin akt zalında sərgilənib.

Tədbirdə məktəb və “Nar” rəhbərliyi, eləcə də YARAT Müasir İncəsənət Məkanının rəssam-kuratorlarından ibarət heyət iştirak edib. Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya və məkanın layihə meneceri Leyla Ağayeva əsərləri qiymətləndirərək, gənc müəlliflərə sertifikatlar təqdim ediblər.

Şagirdlərin istedadını rəqəmsal dünyaya daşımaq məqsədilə, "Nar" müsabiqənin qaliblərinə müasir planşet və smart qələm hədiyyə edib.  Bu təşəbbüslə "Nar" regionun mədəni həyatına töhfə verilməsi və yerli icmanın istedadlı gənclərinin dəstəklənməsini hədəfləyir.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir. Son 6 ildə Müştəri Loyallığı İndeksi üzrə ölkənin lider mobil operatoru olan “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq sərfəli qiymətlərlə üstün xidmət təqdim edir.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186830