Saat:12:26
Haqqımızda

"Napoli"nin istəkləri "Qalatasaray"ı bezdirib

2025-07-14 21:08:01

"Napoli" və "Qalatasaray" arasında Viktor Osimhen üçün danışıqlar davam edir.

"Sarı-qırmızılar" İtaliya klubuna son təklifi 75 milyon avronun 40-nı indi, qalan 35-ni iki ilə bölərək ödəməyi planlaşdırır.

"Napoli" isə bu dəfə tələblərini dəyişib. Onlar təklifin 1-ci hissəsi ilə razılaşıb. Lakin qalan 35 milyonun növbəti ilin mayında ödənilməsini tələb edir.

Eyni zamanda onlar Osimhenin növbəti satışından pay və müqavilədə onun 3 il ərzində İtaliya klublarına satıla bilməz bəndinin olmağını istəyir..

"Qalatasaray" isə təkliflərinin son olduğunu bildirib. Klublar arasında danışıqlar davam edir. \\Offsideplus.az