NANKORLAR VƏ XAİNLƏR

2022-11-15 13:47:00

NANKORLAR VƏ XAİNLƏR

Hər şey 5-6 il ərzində baş verdi...

Əvvəlcə Azərbaycan və Türkiyədən olan ziyalılara ləkə atıldı...

Sonra həmin insanlar arzu edilməz şəxs edilərək yurdlarına buraxılmadı...

İndi isə məktəblərdə Ana dilində olan dərslərin sayı azaldı...

Və nəticədə “Vətən Müharibəsi” qeyd edilmədi...

Coğrafi olaraq Azərbaycana yaxın olduğu düşünülən, millilik baxımından isə Azərbaycandan çox uzaqda olan Gürcüstanda nələr yaşandığına nəzəri-diqqət keçirməyin vaxtı çatıb...

Bəlkə də keçib...

Keçdiyimiz həftə “Vətən Müharibəsi”ndə əldə edilən qələbənin 2-ci il dönümü səfarətlər vasitəsilə dünyada, yerli icma nümayəndələri tərəfindən isə yaşadıqları məmələkətlərdə qeyd olundu...

Lakin Borçalıda hər şey tamamilə fərqli oldu. Həmən gün Borçalıda azərbaycanlıların yaşadığı ən böyük şəhərin Bələdiyyə sədri və həmin ərazi üzrə parlaman üzvü Mixail Cavaxişvilinin heykəlinə üz tutdular...

Mixail Cavaxişvili digər gürcü İosif Cuqaşvili Stalin tərəfindən repressiyaya məruz qalmış yazıçıdır.

Cuqaşvili tərəfindən repressiyaya məruz qalan hər bir şəxsin anım günü mütləq qeyd olunmalıdır.

Amma...

Əmması budur ki, axı həmin gün həm də qanını daşıdığın, başın hər bəlaya girəndə boylandığın milli dövlətində qələbə günüdür...

Həmin gün müharibədə şəhid olmuş şəxslərin evlərini ziyarət etmək olmazdımı? Əlbəttə, olardı...

Bəs nə oldu? Bu qələbə haqqında heç kim heç nə danışmadı, heç nə etmədi...

Bəlkə də heç kim olduqları üçün hər hansı təşəbbüslə çıxış edə bilmədilər...

Bəylər, bu qələbəni niyə qeyd etmədiniz?!

Üzrlü sayın “bəy” dedim, siz axı bəylikdən imtina etmiş, məmləkətdə vəzifə mənsubu olmaq üçün batanoya çevrilmisiniz...

Bunları anladıq, bəs ictimai aktivistlər haradadır?

Bilməyənlər üçün deyim haradadır...

Prezident Salone Zurabişviliyə Nika Qvaramiyanın həbsdən azad etməsi üçün məktub ünvanlayır...

Xub. Bəs sonra...

Sonra Qvaramiyanın məktuba cavabını böyük fəxarət hissə ilə paylaşır.

Xub. Anladıq, bəs sonra bunlar haradadırlar?

Səhər Azərbaycanı Qarabağı azad etdiyinə görə mitinq keçirən ermənilərlə yan-yana səfarət qarşısında...

Günorta demokratiya adı altında milləti təhqir etməkdə, kimin neçə yaşında evlənməli olduğunu müzakirə etməkdə...

Axşam isə səhər mitinq keçirdiyi səfarətin başçısı ilə yan-yana...

Bu cür insanlara nə adı verilməlidir...

Birini mən deyim, gerisini özünüz gətirin: Nankorlar və xainlər...

Duman TİGİN


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.096248