Namiq Qaraçuxurlu: "Bu icazə Azərbaycanda yalnız mənə verilib" - VİDEO

2022-07-25 19:37:00

Namiq Qaraçuxurlu:

Meyxanaçı Namiq Qaraçuxurlu yeni klip təqdim edib.

Sənətçi "Apardılar" adlı mahnısını ekranlaşdıraraq sevənlərinin ixtiyarına verib. Klipin rejissorluğunu Bahdi Baba edib. Mahnının söz və musiqisi meyxanaçının özünə aiddir. 

Klip yaxtada Xəzər dənizində çəkilib. Qaraçuxurlu Azərbaycanda bu günə qədər heç bir müğənninin bunu etmədiyini bildirib. Namiq ondan başqa heç bir sənətçiyə Xəzərdə klip çəkdirmək üçün icazə verilmədiyini deyib.

Qaraçuxurlu klip çəkilişi üçün Dövlət Sərhəd Xidmətinə və su nəqliyyatı polis idarəsinin rəisinə öz təşəkkürünü ifadə edib.

 

 

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069658