Saat:13:16
Haqqımızda

Namiq Məna oğlunun xəstəxanaya yerləşdirilməsindən danışdı

2024-03-23 23:38:05

Namiq Məna oğlunun xəstəxanaya yerləşdirilməsindən danışdı

Meyxanaçı Namiq Məna oğlu Məna Əliyevin xəstəxanaya yerləşdirilməsindən danışıb.

İfaçı bu haqda "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, Məna burnunda əməliyyat olunub:

"Qorxulu bir şey yoxdur. Nəfəsalma problemi var idi. Ona görə burnundakı çəpər əyriliyini düzəldiblər. 1 saatlıq yüngül əməliyyat edilib. Beynində xoşxassəli şişlə bağlı 1 il əvvəl əməliyyat olunub. Hər şey yaxşıdır".

Qeyd edək ki, Məna bir neçə gün əvvəl xəstəxanadan görüntü paylaşmışdı. //Axşam.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR