Namik Ələskərov Super Liqa klubuna keçir? - Menecerindən AÇIQLAMA

2022-04-27 19:51:00

Namik Ələskərov Super Liqa klubuna keçir? - Menecerindən AÇIQLAMA

Azərbaycan millisinin Türkiyənin "Bursaspor" klubunda çıxış edən üzvü Namik Ələskərov haqda yeni iddia yayılıb.

Türkiyənin bir sıra mətbu nəşrləri Super Liqa təmsilçisi "Sivasspor"un 27 yaşlı yarımmüdafiəçi ilə maraqlandığını yazıb.

Məlumata görə, "Bursaspor" Türkiyə 1-ci liqasını tərk etsə, Namiklə müqavilə avtomatik olaraq ləğv ediləcək. Ələskərovun özünün də Türkiyədə qalmaq istədiyi qeyd olunur.

Mövzuyla bağlı futbolçunun meneceri Vaqif Heydərliyə müraciət etməyi lazım bildik. O, Offsideplus.az-a açıqlamasında nə özü, nə də Namikdə rəsmi təklif barədə informasiyanın olduğunu söylədi:

"Mətbuatda yayılan xəbərlərdən agahıq. Lakin məndə və Namikdə rəsmi təklif barədə heç bir məlumat yoxdur. Namik Ələskərov hazırda "Bursaspor"un futbolçusudur və komandasıyla müqaviləsi var".

Xatırladaq ki, Namik ötən ildən "Bursaspor"da çıxış edir. O,  hazırda 6 qolla "Bursaspor"un ən sərrast futbolçusudur. 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya