Namik Ələskərov azarkeşlərə səsləndi

2022-06-18 00:50:00

Namik Ələskərov azarkeşlərə səsləndi

"Sabah"ın növbəti transferi Azərbaycan millisinin üzvü Namik Ələskərov oldu.

Son mövsümünü Türkiyənin “Bursaspor” klubunda keçirən 27 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı ilkin təəssüratlarını "Sabah"ın rəsmi saytı ilə bölüşüb:

“İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, “Sabah”ın uğurlarında böyük pay sahibi olum. Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdir”.

Namik həmçinin “Sabah” azarkeşlərinə də müraciət edib. O, klubun tərəfdarlarını stadiona səsləyib:

“Azarkeşlərə demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sona qədər dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq”.

Qeyd edək ki, Namik Ələskərovla 3 illik müqavilə bağlanıb. \\Fanat.Az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya