Namazın savabını 70 dəfə artıran əməl

2022-07-02 20:40:00

Namazın savabını 70 dəfə artıran əməl

İmam Sadiq (ə) buyurmuşdur:

رَكعَتانِ يُصَلّيهِما مُتَعَطِّرٌ أفضَلُ مِن سَبعينَ رَكعَةً يُصَلّيها غَيرُ مُتَعَطِّرٍ

"Ətirlənmiş halda qılınan bir rükət namaz ətirlənməmiş halda qılınan 70 rükət namazdan fəzilətlidir." ("Səvabul-əmal", səh.62.)
Abdullah ibn Haris nəql edir ki, imam Səccadın (ə) səccadəsində həmişə ətir olardı və namaz qılmaq istədikdə, ondan istifadə edərdi.

İmam Sadiqdən (ə) nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) həmişə dəstəmaz aldıqdan sonra ətir vurardı...

Əhli-beytin (ə) digər üzvlərinin də bu məsələyə xüsusi diqqət etdikləri haqda bəs qədər hədislər vardır.

Peyğəmbəri-Əkrəmin (s) bir kəlamında namazın savabını 70 dəfə artıran başqa bir əməl haqqında da söz açılmışdır:

رَكعَتانِ بِسِواكٍ أفضَلُ مِن سَبعينَ رَكعَةً بِغَيرِ سِواكٍ

"Dişləri fırçalayıb iki rükət namaz qılmaq dişləri fırçalamadan qılınan 70 rükət namazdan üstün və fəzilətlidir." ("Məhasini-Bərqi", səh.382.) \\Milli.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061650