Nabranda istirahət mərkəzində kütləvi zəhərlənmə - YENİLƏNİB

2022-07-20 13:07:00

Nabranda istirahət mərkəzində kütləvi zəhərlənmə - YENİLƏNİB

Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

TƏBİB-dən bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar:

"11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".

***

Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

Hurriyyet.az APA-ya istinadən bildirir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063440