Saat:14:20
Haqqımızda

Myanma müsəlmanlarının lideri Banqladeşdə güllələndi...-FOTOLAR

2021-10-01 16:04:00

Myanma müsəlmanlarının lideri Banqladeşdə güllələndi...-FOTOLAR

Banqladeşdə naməlum şəxs Arakan (yaxud Rohinya) qaçqınlarının beynəlxalq nümayəndəsini güllələyib. 

Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Əl-Cəzirə” məlumat yayıb.

50 yaşlı müəllim Mohibullah Myanmadan sürgün edilmiş müsəlman xalqının lideri olub və beynəlxalq görüşlərdə arakanlıları təmsil edib. 2019-cu ildə o, ABŞ-da Ağ Evi ziyarət edib və Donald Trampla danışıqlar zamanı xalqının çəkdiyi əziyyətlərdən və hakimiyyətin təqiblərindən danışıb. Elə həmin il  700 min müsəlmanın Myanmadan qovulmasının ikinci ildönümünə həsr olunmuş anım yürüşünə təxminən 200 min adam toplayaraq Banqladeş hökumətinin qəzəbinə tuş gəlib... 

 

Hazırda heç kim qətlin məsuliyyətini üzərinə götürməyib...

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının əməkdaşları mərhumun ailəsinə və yaxınlarına başsağlığı veriblər. 

“O, hər zaman rohinyaların təhlükəsiz və ləyaqətlə vətənlərinə qayıtmaq hüququnu müdafiə edib. Xalqının həyatı və gələcəyi ilə bağlı özünün qərarlar verə bilməsi üçün səy göstərib. Onun öldürülməsi qaçqın düşərgələrində zorakılığa qarşı çıxış edən və azadlıq uğrunda mübarizə aparan hər kəsin risk altında olduğunu göstərir” –təşkilatın bəyanatında belə deyilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR