Saat:19:10
Haqqımızda

"Müzəffər Ali Baş Komandan İlham Əliyev ata istəyini yerinə yetirdi" - ETİBAR ƏLİYEV

2024-05-10 12:17:09

"Heydər Əliyevin bütün çıxışlarında müstəqilliyimizin qorunması xüsusi olaraq vurğulanır"

"Nəhəng intellektual, Nobel mükafatı laureatı Bertran Rasselə görə Dahi şəxsiyyətlərin mənəvi dünyasında sirli, sezilməyən, ələkeçməz xüsusiyyətlər gizlənir. Onlar böyük zəkaya, dərin intellektə, iti ağıla, iti yumora sahib olurlar. Soyuqqanlıq faktoru da mühüm rol oynayır. Heç bir gərginlik keçirmədən müşahidəçilik qabiliyyəti xüsusilə qeyd olunmalıdır". Hurriyyet.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev bildirib.

Millət vəkili qeyd edib ki, dahi şəxsiyyət niyə risk etdiyini gözəl bilir və dahi şəxsiyyət öz cəsarəti ilə fərqlənir: "Bəs fitri istedad? Məncə bu keyfiyyət öndə durmalıdır. Heydər Əliyevin Kamal Attestatına diqqət edin: çətin dövrlərdə bütün fənlərdən “Əla” qiymətlər alıb. Ali məktəbi “Əla” qiymətlərlə başa vurub. Bu böyük şəxsiyyət ömrünün sonuna qədər əsl vətənpərvərlik və xalqını sevmək iddialarını hər zaman ortaya qoyub. Milli və mənəvi dəyərlərimizi ən çətin dövrlərdə müdafiə edib. Mübarizə aparıb, yazıçıları, alimləri qoruyub… Heydər Əliyev birinci və ikinci hakimiyyəti dönəmində insan kapitalının inkişafı naminə əlindən gələni əsirgəməmişdir. Nüfuzundan istifadə edərək milli kadrların yetişməsində bütün zəruri tədbirləri görmüşdür. Dahi şəxsiyyətlərin fikirləri əbədiyaşardır. Heydər Əliyev 1969-cu il noyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılmasının 50 illiyi münasibətilə yubiley tədbirində ana dilimizdə nitq söyləyib. Cümhuriyyət dövrünün şəxsiyyətlərinə xüsusi önəm verib: "Azərbaycan Universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi." Heydər Əliyev 46 il bundan öncə müasir məktəbin vəzifəsini dəqiqliklə təyin etmişdir. 1978-ci ilin may ayının 18-19-da Respublika sarayında keçirilən Müəllimlərin IX qurultayındakı nitqindən: Şagirdlərə öz biliklərini müstəqil şəkildə artırmaq, elmi informasiyanın sürətli axınından baş çıxarmaq vərdişi aşılanmalıdır. Bu mürəkkəb və məsul vəzifənin yerinə yetirilməsi hər bir pedaqoji kollektivin, hər bir müəllimin fəaliyyəti ilə, müəllimlərin hazırlıq səviyyəsi ilə, təlim metodlarının həyat tələblərinə uyğunlaşdırılması ilə sıx əlaqədardır. Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə- əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: Məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirməyin vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər vətəndaşlar yetişdirmək məktəbin ən birinci borcudur. “Məzun əməyə hazırdırmı?” bu gün məktəbin işinin, bütün Xalq Maarif sisteminin səmərəliliyi bax, bu meyarla müəyyən edilir.” Ümummilli liderimiz Heydər Əliyev 1982-ci ilin yanvar ayında qar, çovğun olan bir gündə Vaqifin Məqbərəsinin açılışında Şuşaya gedib. Şuşada möhtəşəm çıxış edib...Bu əziz şəhər haqqında Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi kimi nəhənglər əsərlər yazıblar. Şuşanı bu əsərlər vasitəsilə duymuşuq, unutmamışıq. Ən böyük əsəri isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev atası Unudulmaz Heydər Əliyevin vəsiyyəti və irəli sürdüyü “Dəmir yumruq” imperativi əsasında yazdı".

Etibar Əliyevin sözlərinə görə, Heydər Əliyevin bütün çıxışlarında müstəqilliyimizin qorunması xüsusi olaraq vurğulanır: "Dahi şəxsiyyətlər xalqlarını müstəqil yaşaması uğrunda əllərindən gələni əsirgəməyiblər. Bu hərəkətə görə də Heydər Əliyev öndə gedir. Otto fon Bismark siyasətə gözəl tərif verib: "Siyasət elm deyil, sənətdir." Sənət dahilik tələb edir. Maraqlıdır ki, Ulu öndərimiz siyasətin elmini də gözəl bilirdi. Onun mükəmməl mütaliəsi, yaddaşı hamını heyran edib. Fateh Sultan Mehmedin möhtəşəm bir istəyi var idi: “Mənim bu dünyada bircə arzum var, Konstantinapolu mənə verin.” Müzəffər Ali Baş Komandan İlham Əliyev də ata istəyini yerinə yetirdi. Qarabağımız işğaldan azad olundu. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi varisi İlham Əliyev müasir dünyanın böyük siyasi xadimi və dövlət adamıdır. Heydər Əliyevin bütün keyfiyyətləri dövlətimizin başçısı İlham Əliyevdə cəmlənib. Bəli, dahilik də genetikdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207287