Saat:21:44
Haqqımızda

“Müxtəlif millətlərin və dinlərin nümayəndələri min illərdir Azərbaycanda dost və qardaş kimi yaşayır” - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov ATVİB rəhbərliyini qəbul etdi

2022-01-18 14:09:00

“Müxtəlif millətlərin və dinlərin nümayəndələri min illərdir Azərbaycanda dost və qardaş kimi yaşayır” - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov ATVİB rəhbərliyini qəbul etdi

Yanvarın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktörü Rəvan Həsənov ilə Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin yeni sədri Xalid Xəlilov, sədr müavini Mövlud Işık, İdarə Heyətinin üzvləri Əli Ağaliyev və Yusif Asimov arasında görüş keçirilib.

Hurriyyet.az xəbər verir ki, görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, ATVİB sədri Xalid Xəlilovu sədr seçilməsi münasibəti ilə təbrik edərək, mərkəzin şəxsən cənab Prezident İlham Əliyev tərəfindən yaradıldığını, Azərbaycanda yaşayan milli azlıqların rəngarənglik mühitini formalaşdırmağı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşamına təkan vermək məqsədi daşıdığını vurğulayıb.

Azərbaycanın milli kimliyindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın vətəni olduğunu deyən mərkəz direktoru Rəvan Həsənov, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin min illərdən bu yana Azərbaycanda dost və qardaş kimi yaşadığını bildirib.

"Axısxa türkləri bizim üçün əzizdir. Mərkəzimizlə aktiv şəkildə əməkdaşlıq etməyinizi xahiş edirik. Məqsədimiz sizlərin təklif və tələblərinizi dəyərləndirmək və bununla bağlı müvafiq köməklik göstərməkdir. Axısxa mədəniyyətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinə, qəzet, kitab, sənədli filmlərin çəkilişinə dəstək verə bilərik", - deyə R.Həsənov əlavə edib.

ATVİB sədri Xalid Xəlilov çıxışında Rəvan Həsənova əvvəllər də görüşdüklərini xatırladıb: “Bizi dəvət etdiyiniz üçün təşəkkür edirik. Axısxa türkləri olaraq, Azərbaycanı öz vətənimiz kimi qoruyuruq. Ona görə də 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri kimi, biz də vətənimizin müdafiəsində iştirak etdik. Axısxalı gənclərimiz könüllü olaraq ordu sıralarına yazılaraq, döyüşlərdə qəhrəmancasına iştirak etdi, bəziləri isə şəhidlik zirvəsinə ucaldı, çoxları isə qazi oldular. Vətən savaşında Axısxa türklərinin 9 şəhidi vardır. Bundan əlavə qeyd etmək istəyirəm ki, Vətən Savaşı ilə bağlı bəyanatı 28 sentyabr 2020-ci il tarixində verdik. Axısxa türkləri Azərbaycanda olduqca güçlü şəkildə təşkilatlanıb. Birliyimiz tərəfindən həyata keçirilən layihələr çərçivəsində qəzet, jurnal, kitab, film və digər media ləzavimatları hazırlanmaqdadır. Gələcəkdə sizinlə fəal şəkildə əməkdaşlıq edəcəyik. Sizə də fəaliyyətinizdə uğurlar arzulayıram. Sizdən bir xahişimiz olacaq. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa bizim üçün də əzizdir. 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin iradəsi, Azərbaycan xalqının birliyi və şanlı ordumuzun gücü ilə düşmən işğalından azad edilən Şuşada keçiriləcək festivalda Axısxa türklərini təmsil edən folklor qrupunun iştirakını təmin etməyinizi xahiş edirik.

Bundan əlavə qeyd etmək istəyirəm ki, Azərbaycan bizim vətənimizdir, Gürcüstan və Türkiyəyə köç etmək istəyən ailələrə də birlik olaraq dəstək oluruq. Amma heç kim küsüb getmir. Biz Azərbaycanı sevirik. Axısxa türklərinə ən çətin vaxtlarımızda Azərbaycan qucaq açıb. Azərbaycan Orta Asiyadan Azərbaycana gələn Axısxa türklərinə öz vətəndaşları ilə eyni ölçüdə pay torpaqları, ev və vətəndaşlıq verdi. ATVİB olaraq Dünya Ahıska Türkləri Birliyi (DATÜB) ilə birlikdə vətənimiz Axısxaya dönmək üçün fəaliyyət göstərməkdəyik. Türkiyə dövlətimiz başda olmaqla, bizi dəstəkləyən dövlətlərin yardımı ilə Gürcüstan dövləti ilə danışıqlar aparmaq və itirilmiş haqlarımızın qazanılması istiqamətində fəaliyyət göstərmək bizim əsas prioritetlərimizdəndir”.

ATVİB sədr müavini Mövlud Işık çıxışında Axısxa türklərinə olan səmimi münasibətinə və dəvətinə görə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənova təşəkkür edib.

ATVİB İdarə Heyətinin üzvü Əli Ağaliyev isə bildirib ki, Axısxa türklərinin Azərbaycanda heç bir problemi yoxdur: “Mən Ulu Öndər Heydər Əliyevin göndərişi sayəsində Bakı Dövlət Universitetinə müsabiqədən kənar qəbul olaraq, təhsil almışam. Bizim bir dərdimiz var, o oda vətən dərdidir. Biz tolerant xalqıq. Millətimizin içərisində vətənə xəyanət edən yoxdur. Azərbaycan dövlətinin əsas prioritetlərini bilirik və Azərbaycanın maraqları bizim üçün əsasdır. Millətimizin vətənə dönüş məsələsinin Azərbaycan Türkiyə və Gürcüstan müstəvisində həll olunmasını istəyirik. Sizdən tarixi vətənimiz Axısxaya geri dönüşümüz üçün də dəstək olmağınızı istəyirik. Gürcüstana millətimizin köçü olduqca vacibdir. Biz Gürcüstan dövlətinə problem yaratmayacaq, əksinə Gürcüstan dövlətinin inkişafına, böyüməsinə, ərazi bütövlüyünün qorunmasına dəstək olacağıq".

Daha sonra isə ATVİB sədri Xalid Xəlilov tərəfindən Birliyin həyata keçirdiyi layihə çərçivəsində ATVİB sədr müavini Mövlud Işık-ın müəllifi olduğu “Axısxalı şəhidlər” kitabı Rəvan Həsənova təqdim edilib.

Olduqca səmimi keçən görüş sonrası birlikdə xatirə şəkli çəkdirilib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR