Saat:14:52
Haqqımızda

Muxtar Babayev: Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib

2025-02-03 12:17:51

Muxtar Babayev: Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib

Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Şimal bölgəsində ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir vurğulayıb ki, 2024-cü ildə təkcə Qubada "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində icra orqanları tərəfindən 20 mindən çox ağac əkilib.

"Bugünkü ağacəkmə aksiyaları 2 Fevral - Gənclər Gününə həsr olunub. Sevindirici haldır ki, ictimaiyyət nümayəndələri də ağacəkmə prosesində fəal iştirak edir. Aksiyalar çərçivəsində əkilən ağacların inkişaf etməsinə də xüsusi diqqət yetirilir", - M.Babayev deyib.

Qeyd edək ki, meşəbərpa tədbirləri çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində 8 mindən artıq ağac əkilib.

Report.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202607