Müxalifət sıralarını tərk edib, deputat seçilən siyasətçilər – ARAŞDIRMA

2022-09-03 12:37:00

Müxalifət sıralarını tərk edib, deputat seçilən siyasətçilər – ARAŞDIRMA

Ölkəmizdə siyasi mövqeyini uzun müddət qoruyan siyasətçilərlə yanaşı, fərqli cəbhələrdə təmsil olunanların sayı da kifayət qədərdir. Xüsusən də, Azərbaycan siyasətində müxalifət partiyalarının üzvü olub, sonradan həmin təşkilatları tərk edənlərin sayı heç də az deyil.

Onlardan bir qismi fərqli partiyaların üzvü kimi müxalifət mövqeyində qalmağa davam edir. Bəziləri də ya bitərəf mövqe tutub, ya da iqtidar partiyasına keçid edib.

Milli Məclisdə mandat alan deputatlar içərisində də bu cür şəxslərin sayı heç də az olmayıb.

Bizim.Media müxalifət sıralarını tərk etdikdən sonra parlamentdə mandat alan siyasətçiləri araşdırıb.

Musa Qasımlı

Artıq 3 çağırışdır ki, seçicilərinin etimadını qazanaraq Milli Məclisdə təmsil olunan Musa Qasımlı daha əvvəl Müsavat partiyasının üzvü olub. Belə ki, deputat 2005-ci ilə qədər bu partiyanın funksioneri olub. Daha sonra bitərəf mövqe seçən M. Qasımlı bu addımından 5 il sonra, 2010-cu ildə keçirilən parlament seçkilərində 42 saylı Sumqayıt seçki dairəsindən millət vəkili seçilib.

Əli Məsimli

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan Əli Məsimli də 1989-2004-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub. O partiyanın iqtisadiyyat komissiyasının sədri, iqtisadi məsələlər üzrə sədr müavini kimi vəzifələri də icra edib. 2004-cü ildən etibarən siyasi karyerasını bitərəf olaraq davam etdirməyə başlayan Əli Məsimli, cəmi bir il sonra 2005-ci ildə parlamentə mandat qazanmağı bacarıb.

Rasim Musabəyov

2010-cu ildən etibarən Milli Məclisdə mandat qazanan Rasim Musabəyov 12 ilə yaxın müddətdə müxalifət cəbhəsində təmsil olunub. O, 1993-95-ci illərdə Doğru Yol, 1995-2005-ci illərdə isə Müsavat partiyasının üzvü olub. 2005-ci ildə müxalifətdən ayrılan Musabəyov da Musa Qasımlı kimi 5 il sonra parlament seçkilərində uğur qazanıb.

Nizami Cəfərov

Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov da vaxtilə Müsavat partiyasının üzvü olub. O, 1993-cü ildə baş verən hakimiyyət dəyişikliyindən bir müddət sonra təmsil olunduğu partiyadan ayrılaraq, Yeni Azərbaycan Partiyasına keçib. Bundan 7 il sonra, 2000-ci ildə isə Nizami Cəfərov parlamentə mandat qazanıb və artıq 22 ildir ki, Milli Məclisin deputatıdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051067