Müxalifət partiyaları YAP-ın tədbirinə niyə dəvət olunmuşdu? - AÇIQLAMA

2022-11-23 10:21:00

Müxalifət partiyaları YAP-ın tədbirinə niyə dəvət olunmuşdu? - AÇIQLAMA

“Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə bağlı keçirilən yubiley tədbiri Azərbaycanın siyasi həyatında çox mühüm yeniliklər və gələcək inkişafı baxımdan tarixi bir hadisə oldu. Yubiley tədbirinə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dəvət olunması və bunun ənənə halını alması isə ölkədə yeni siyasi konfiqurasiyaya keçidin bariz nümunəsi hesab etmək olar”.

Bunu olke.az-a açıqlamasında deputat Sabir Hacıyev  deyib.

Onun sözlərinə görə, iqtidar partiyasının fəaliyyət göstərən siyasi partiyaları yubiley tədbirinə dəvət etməklə ölkədə siyasi dialoq və etimad mühitinin yaradılmasını əməldə həyata keçirdiyini və bunu bir ənənə halına çevrildiyini nümayiş etdirdi. 

“Yeni siyasi konfiqurasiyanın formlaşası isə ölkədə dialoq, etimad mühitinin yaranmasına, milli birliyin, həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, ölkənin qarşısında duran problemlərin birgə müzakirəsi nəticəsində həlli yollarının tapılmasında çox mühüm rol oynayır. Bu baxımdan YAP-ın 30 illik yubileyində partiyaların dəvət olunması və onların iştirakı ölkənin siyasi həyatında çox mühüm hadisə kimi dəyərləndirilməlidir. Bu, eyni zamanda ölkənin gələcək inkişafı, beynəlxalq arenada  mövqeyinin möhkəmlənib, nüfuzunun artması  baxımdan mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların kökündə də Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gələcək inkişaf strategiyası və həmin siyasətin cənab Prezident tərəfindən düzgün və layiqincə həyata keçirilməsi dayanır: “Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan sıçrayışlı inkişaf dövrünü yaşayaraq, dövlətimizin və xalqımızın üzləşdiyi, qarşısında duran taleyeklü problemlər həllini tapıb. Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən xilas olaraq, ərazi bütövlüyünü təmin edərək, bölgədə yeni geosiyasi reallıqlar yaradıb. Nəticədə Azərbaycan dünyada öz uğur və inkişaf modelini formalaşdıra bilib. Ona görə də Azərbaycan dünyada etibarlı tərəfdaş ölkə olmaqla yanaşı, ciddi aktor ölkə kimi qəbul edilir. Bundan təkcə Azərbaycan deyil, eyni zamanda bölgənin və dünyanın digər ölkələri faydalanır. Əminəm ki, bu uğurlu siyasət nəticəsində Azərbaycan daha ciddi uğurlara imza atıb, bölgədə dayanıqlı sülhü, sabitliyi və sıx əməkdşalıq formatını təmin etmiş olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.111170