Müxalif siyasətçi saxlanıldı

2022-07-25 22:57:00

Müxalif siyasətçi saxlanıldı

Rusiyalı ictimai və siyasi xadim Leonid Qozman Moskvada saxlanılıb.

 

Bu barədə onun vəkili Mixail Biryukov məlumat verib.

 

“Leonid Qozman saxlanılıb. Hazırda polis idarəsindəyik”, - deyə vəkil bildirib.

 

O qeyd edib ki, Qozmanın saxlanmasının nə ilə bağlı olduğu məlum deyil.

 

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, o, federal axtarışdadır, lakin bunun üçün heç bir əsas olmayıb, çünki ona qarşı hələlik heç bir ittiham irəli sürülməyib”, - deyə vəkil əlavə edib.

 

Hüquq-mühafizə orqanlarından rəsmi şərh verilməyib.

 

Qeyd edilir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarışda olan şəxslərin məlumat bazasında Qozman kartı var.

 

Axtarış cinayət işi çərçivəsində aparılır, lakin hansı maddə ilə başlanıldığı açıqlanmır.

 

İyulun 15-də Qozman artıq saxlanılıb, o, İsrail vətəndaşlığı barədə bildirişin verilməməsi ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində İstintaq Komitəsi tərəfindən dindirilib, sonra sərbəst buraxılıb. \\Oxu.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053338