Saat:11:45
Haqqımızda

MÜSTƏQİLLİYƏ VURULDUQ... - 10 yaşlı Furkan Bədəlsoyun “20 Yanvar” şeri

2023-01-20 10:42:00

MÜSTƏQİLLİYƏ VURULDUQ... - 10 yaşlı Furkan Bədəlsoyun “20 Yanvar” şeri

10 yaşlı Furkan nəvəm Nərimanov rayonu, 39 saylı məktəbin 5-ci sinfində oxuyur.  1990-cı ilin qanlı 20 yanvar soyqırımı baş verəndə atasının 3 yaşı vardı. Bu uşağın “20 Yanvar”a nəsə yazması, qanlı rus – bolşevik rejiminə “nəzmli” nifrəti , yəqin qandan gəlir. Hər halda, biz uşaqlarımızı nifrət ruhunda böyütmürük. Xırda redaktə ilə balaca “şairin” “20 Yanvar” şerini sunuruq:

Mübarizəyə səsləyir,

Birliyimizə səsləyir.

Unudularmı bu gün?

Unudularmı bu qanlı gün?

***

Çıxdıq tankların qarşısına

Güllə ilə vurulduq.

Bu gün qanlı gün oldu,

Amma müstəqilliyə vurulduq.                                                                           

***

Rus qoşunları gəlirdilər

Bizi qorxutmaq istəyirdilər .

Lakin iradəmiz qırılmadı

Bizi qorxuda bilmədilər.

***

Qoymurdular namaz qılaq,

Qoymurdular bayramlaşaq.

Qoymurdular tariximizi yazaq,

Qoymurdular türklüyümüzü yada salaq.

***

İstəmirdik rus zülmünü,

İstəyirdik türk elini.

İstəmirdik zəlaləti,

İstəyirdik ədaləti.

Furkan BƏDƏLSOY,

39 nömrəli məktəbin 5-ci sinif şagirdi  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR