Saat:00:06
Haqqımızda

Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam

2025-06-10 13:25:09

Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam

Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2025-ci ilin avqust ayında Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 ili tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyası Səhiyyə Nazirliyi ilə birlikdə akademik Mustafa Topçubaşovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182658