Müsəlmanları məhv etməyə çağıran hindli keşiş girov müqabilində azad edildi - VİDEO
Müsəlmanları məhv etməyə çağıran hindli nasist girov müqabilində azad edilib.
Hindistanda soyqırıma çağırış, nifrət və müsəlmanlara qarşı zorakılığa çağırış ittihamı ilə həbs edilən hindli keşiş zaminə buraxılıb.
Uttarakxand əyalətinin hakimi Bxarat Bxusxan Pandey hindli keşiş Yati Narsinqxanand Girinin girov müqabilində azadlığa buraxılmasına qərar verib.
Xatırladaq ki, dekabrın 17-19-da Haridvar şəhərində hindli ruhanilərin təşkil etdiyi tədbirdə müsəlmanların soyqırımına çağırış edilib. Dekabrın 24-də müsəlmanların kütləvi şəkildə məhv edilməsinə çağıran videogörüntülər yayıldıqdan və böyük hiddətə səbəb olduqdan sonra polis tədbirin təşkilatçıları ilə bağlı araşdırmalara başlayıb.
Kahin hindliləri silaha sarılmağa çağırıb. Giri yanvarın 15-də qadınlara qarşı təhqiramiz ifadələr işlətdiyi üçün saxlanılıb. O, həmçinin nifrət və zorakılığa çağırışda ittiham olunub. Onlar keşişi 14 gün həbsdə saxlamağa qərar veriblər.
Video Oynadıcı
KONKRET.az
