Saat:18:55
Haqqımızda

MÜSƏLMAN  ÖLKƏSİ  KATOLİK  VƏ  PRAVOSLAVLARIN  DANIŞIQLARINA  EV  SAHİBLİYİ  EDİR

2025-02-19 12:12:03

MÜSƏLMAN  ÖLKƏSİ  KATOLİK  VƏ  PRAVOSLAVLARIN  DANIŞIQLARINA  EV  SAHİBLİYİ  EDİR

Məlum olduğu  kimi 18 fevral  2025 - ci  il  tarixində  müsəlman  ölkəsi  olan Səudiyyə Ərəbistanın Ər-Riyad  şəhərində Rusiya Federasiyası və ABŞ nümayəndələri arasında görüş keçirilib.
Ukrayna hakimiyyəti  isə  Səudiyyə Ərəbistanında  aparılan   danışıqlardan  kənarda  qalıb. 
Səduyyə  Ərəbistanında  ABŞ  və  RF  siyasilərinin hansı  məsələlərdə  razılığa  gəldiyi  hələ  tam açıqlanmayıb.
Lakin Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclası zamanı bəyan edib ki :
1. Ukrayna Rusiya tərəfindən işğal olunmuş əraziləri birdəfəlik itirib və daha bir neçə rayondan da imtina etməlidir.
2. Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin işğal edilmiş hissələri əbədi olaraq Rusiyanın tərkibinə daxil  olmalıdır.  
 3. Ukrayna sülh danışıqları çərçivəsində ərazi sərhədlərinin yenidən nəzərdən keçirilməsinə razılaşmalı ;  Donetsk, Zaporojye , Xerson , Luqansk  və  Krım  vilayətlərini n  ərazilərini  Rysuyaya  verməlidir .
4. Ukrayna təhlükəsizlik bloklarına qoşulmaq hüququ olmayan neytral dövlətə çevrilməlidir.
Bundan  başqa  Rusiyanın xarici işlər naziri Sergey Lavrov da  bildirib  ki, Moskva  ərazi güzəştləri edəcəyini rədd edir.
Görünən  budur  ki , üç ildir davam edən müharibəyə son qoymaq üçün  Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarında əsas  məqsəd  Ukraynanı xilas etməkdən daha çox; onun resurslarının bölüşdürülməsini  müzakirə  etmək  olmuşdur.
Ər-Riyadda masa arxasında ticari bazarlıq edən iki  əsas  fiqur diqqət çəkmişdir. Bunlardan  biri  Rusiya İnvestisiya Fondunun prezidenti Kiril Dmitriyev , diğəri  isə  ABŞ  prezidentinin  xüsusi nümayəndəsi, daşınmaz əmlak investoru Stiv Vitkoff  olmuşdur .
Ər-Riyadda  ABŞ -la  RF  nümayəndələri arasında danışıqlar getdiyi zamanda rəsmi London bəyanat yayaraq  bildirib  ki: "Böyük  Britaniya  hər zaman  Ukraynanın yanında yer  alacaq , hətta ordu yeritmək bahasına belə Kiyevi dəstəkləyəcək".
ABŞ  prezidenti  Tramp  isə  Ukraynanın  işğal  altında olan ərazilərini  ruslara vermək  əvəzində ; digər ərazilərdə   yerləşən  26 trilyon dollar dəyərində olan sərvətlərin 50 faizini ələ keçirmək üçün   Ukrayna  ilə Rusiya  arasında   davam  edən  müharibəni  dayandırmağa   çalışır.
Lakin  çox  güman  ki , Ukrayna ilə yüz illik strateji əməkdaşlıq  müqaviləsi imzalamış İngiltərə  buna  imkan verməyəcək .
İngiltərə  imzaladığı  strateji  müqaviləyə  əsaslanaraq , Ukraynanın  sərvətlərinu  özü  ya da Avropa Birliyi ilə koalisiya halında  mənimsəyə  cəhd  edəcək .
Məlumdur  ki , Amerikanlıların  əksəriyyəti  Xristinan  dininin  katolik ;  Ruslar  isə  pravaslov  təriqətinə etiqat  edirlər.
Müsalman  ölkəsi  olan  Səduyyə  Ərəbistanının Katoliklərlə  Pravaslavların   dövlətlərarası   danışıqlarına ev  sahibliyi  etməsi  düşündürücü  tarixi  reallıqdır.
Ankarada Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra  mətbuat konfransında çıxış edən Türkiyə  Prezidenti  Ərdoğan isə  bildirib ki:
"ABŞ prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaqla bağlı  təşəbbüsü rəsmi  Ankaranın   siyasətinə uyğundur.
Lakin  bununla  bərabər Türkiyə  Ukraynanın ərazi bütövlüyünün  və suverenliyiin qorunmasının tərəfdarıdır".
Rusiya - Ukrayna  müharibəsi  davam  edir. Hazırda  bütün  dünya hadisələrin  necə  inkişaf edəcəyini diqqətlə  izləyir .

Qəvami  SADIQBƏYLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213376