Müsavatdan Nəsiman Yaqubla bağlı açıqlama: - İnanırıq ki, əsl səbəb üzə çıxacaq!
2024-08-29 12:55:39
"Professor Nəsiman Yaqublunun uğradığı yol qəzasının əsl səbəbinin məlum olacağına inanmaq istəyirik".
Hurriyyet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bildirib.
"Namizədlərimizdən biri olan professor Nəsiman Yaqublu müəmmalı şəkildə dünyasını dəyişdi. İnanmaq istəyirik ki, hüquq-mühafizə orqanları bu yol qəzasının əsil səbəbini ortaya qoya biləcəkdir".
Xatırladaq ki, tarixçi alim, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 25-də seçicilərlə görüşdən Bakıya qayıdarkən Cəbrayıl rayonu ərazisində yol qəzasına düşərək həyatını itirib. Mərhumun maşında tək olduğu bildirilir.