Saat:13:03
Haqqımızda

Müsavatda kritik qərar: İsa Qəmbər namizəd oldu - RƏSMİ

2024-04-29 17:03:34

Müsavatda kritik qərar: İsa Qəmbər namizəd oldu - RƏSMİ

Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb. 

İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər. 

1957-ci il fevralın 24-də doğulan İsa Qəmbər Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1979-cu ildən elmi fəaliyyət göstərib. 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183817