Müqəddəs yerlər boş qalmır: Amma AMEA prezidenti yeri hələ də BOŞDUR - AÇIQLAMA

2022-06-24 14:40:00

Müqəddəs yerlər boş qalmır: Amma AMEA prezidenti yeri hələ də BOŞDUR - AÇIQLAMA

“Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident seçkilərinin nə vaxt keçirilməsi haqqında məlumatım yoxdur”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında AMEA-nın prezidentlik vəzifəsini icra edən akademik Arif Həşimov deyib.

O, AMEA-nın Nizmanaməsinə düzəliş və əlavələrin də ötən ay təqdim olunduğunu bildirib.

Xatırladaq ki, fevral ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçkilər keçirİlməyib.

Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın nizamnaməsinə uyğun olaraq Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

Növbəti Ümumi Yığıncaqda quruma prezident seçkisinin keçirilməsi açıqlansa da, sonradan məsələnin yığıncağın gündəliyində yer almadığı bəlli olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya