Saat:04:54
Haqqımızda

Müqaviləsiz işçi çalışdıran "First Academy" 20 min manat cərimələndi

2024-01-26 19:58:58

Müqaviləsiz işçi çalışdıran

"First Academy" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktoru külli miqdarda cərimələnib. 

Tibb və başqa sahələr üzrə kursların keçirilməsi ilə məşğul "First Academy"də aparılan yoxlama zamanı işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi müəyyən edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkətə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub. 

Məhkəmənin qərarı ilə şirkətin qanuni təmsilçisi İbrahimova Fəridə Bəhrəm qızı sözügedən maddə ilə təqsirli bilinərək, 20 000 manat məbləğində inzibati cərimə edilib. \\Qaynarinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.293741