MÜJDƏ:“Bu il universitetlərə qəbul ballarında enmə...”

2023-03-13 23:39:00

MÜJDƏ:“Bu il universitetlərə qəbul ballarında enmə...”
"5 və 12 mart tarixində keçirilən buraxılış imtahanlarına əlavə edilən mətnin həcminin böyüklüyü abituriyentlərin vaxt itirməsinə səbəb olub". 
Hurriyyet.Az xəbər verir ki, bunu Şərq.Az-a təhsil eksperti Elçin Əfəndi Dövlət İmtahan Mərkəzinin martın 12-də keçirdiyi buraxılış imtahanında sualların çətinliyi ilə bağlı narazılıqlardan danışarkən vurğulayıb. Onun sözlərinə görə, həmçinin istər müəllimlər, istərsə də abituriyentlər riyaziyyat fənninin çətinlik törətməsi və sualda yanlışlıq olmasını bildiriblər:
"Müsabiqədə təxminən 100 min nəfər üzəri abituriyent iştirak edib. Onların içərisində yüksək bal toplayanlar çoxluq təşkil etməyəcək. Təbii ki, çətinlik yaranması ümumi qəbul imtahanlarının nəticələrinə də təsirsiz ötüşməyəcək. Əlbəttə, nəticələr elan ediləndən sonra məlumata sahib olacağıq. 
 
Çünki hələ dünən keçirilən imtahan vərəqləri bu gündən emal prosesinə başlanıldı. Onları marker-müəllimlər yoxlayacaq. Daha sonra kompüter vasitəsilə cavab kartlarının qiymətləndirməsi aparılacaq. Beləliklə, bir ay sonra məhz 5 mart və ötən gün keçirilmiş imtahan nəticələrinin necə olduğunu biləcəyik. Amma ilkin təəssürat, narazılıqlar onu deməyə əsas verir ki, orta məktəblərdə təhsil bərbad vəziyyətdədir. Bu gün repetitor yanında hazırlaşan abituriyentlər narazılığını bildirirsə, demək ki, sözün həqiqi mənasında ciddi və çatışmayan məqamlar var.
 
 Bu problemlərin aradan qaldırılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) və Elm və Təhsil Nazirliyi (ETN) paralel işləməlidir. Qarşıda 2 aprel tarixində eyni formatlı imtahan keçiriləcək. Bu isə əvvəlki illərin məzunları və müvafiq olaraq, 5-12 mart tarixində üzrlü/üzrsüz səbəbdən iştirak etməyənlərin imtahanıdır. Düşünürəm ki, ən azı növbəti imtahanda əvvəlkilərdə buraxılmış səhvlər olmamalıdır. Ümumilikdə bu il təxminən 120 min nəfərə yaxın şəxs imtahanda iştirak edəcək. 
 
Bu da böyük bir rəqəmdir. Hər bir qarşısına məqsəd qoyan abituriyent öz haqqını tələb edir. Keçdikləri proqram və ya mövzular üzrə sualların olmasını istəyirlər. Amma bildiyimiz kimi, mövzuları əhatə etsə də, mətn sualları bir qədər fərqli olur. Bu da abituriyentlərin haqlı və yerli iradları ilə nəticələnir. Məlum şikayətlər imtahan nəticələrində də öz əksini taparsa, bu il universitetlərə qəbul ballarında bir qədər enmə müşahidə oluna bilər. Bu, təbii ki, narazılıqlar üzərində verilən proqnozdur. Dövlət İmtahan Mərkəzi nəticələri elan etdikdən sonra daha dəqiq açıqlama verə bilərik".
 
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Müsabiqədə iştirak edən abituriyentlər imtahan suallarının çətinliyi, mətnlərin həcminin genişliyi, qarışıqlığı ilə bağlı narazılıqlarını bildiriblər.
 

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.239054