Müharibəyə hazırlıq – Almaniya Ukraynaya mobil hospital verəcək
Hurriyyet.az “gazeta.ru” portalına istinadla xəbər verir ki, Almaniya Federativ Respublikası Ukraynaya mobil hospital göndərəcək. Almaniyanın Müdafiə naziri Kristine Lambrext Berlinin Ukrayna ordusunu mobil hospital ilə təmin eləmək üçün 5,3 milyon avro ayırdığını bəyan edib. O, hospitalın qurulması və ondan istifadə edilməsi üçün AFR-in Ukraynada təlimlər keçirəcəyini də əlavə edib.
Nazir Almaniyanın “Velt” (Welt) nəşrinə müsahibəsində deyib: “Biz həm də ağciyərlərin süni tənəffüsü aparatlarını da tədarük eləmişik. Bu, bizim Kiyevin tərəfində olduğumuz deməkdir”.
Onun sözlərinə görə, münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi eləmək lazımdır. Ona görə də, indiki məqamda silah göndərilməsi faydasızdır.
Bundan əvvəl mətbuatda yayılmış xəbərlərdə AFR-in Estoniyaya alman silahlarını Ukraynaya göndərməyi qadağan elədiyi deyilirdi.
Hürr Tərcüman