Müharibənin ildönümündə Londondan Moskvaya qarşı qərar

2023-02-24 16:01:00

Müharibənin ildönümündə Londondan Moskvaya qarşı qərar

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiyada Rosatom , “Rostex”, “Almaz-Antey”, “Qazprom”, “Aeroflot” şirkətlərinin rəhbərliyi, MTS-bank da daxil olmaqla ümumilikdə dörd bank, Baş nazirin müavini Aleksandr Novak, Rəqəmsal Nazirliyin başçısı Maksut Şadayev, hökumətin keçmiş rəhbəri Viktor Zubkov və digərləri Böyük Britaniyanın yeni sanksiya siyahısına salınıblar. Sanksiya Rusiyanın Ukraynada başladığı müharibənin ildönümü günü qüvvəyə minib.

Ümumilikdə qara siyahıya 92 nəfəri fiziki və hüquqi şəxsin adı salınıb. Onların sırasında “Nord Stream AG” şirkətinin icraçı direktoru Mattias Varninqin, Dmitri Kozakovun oğlunun, Alina Kabayevanın anasının adı var.

Bundan başqa Rusiyanın bir neçə zavodunun (o cümlədən, “Sokol”, “Elektron”, “Lomo”, “Zvezda” zavodlarının) da adı sanksiya siyahısına salınıb.  

Bu gün Avstaliya və Yeni Zelandiya hökuməti də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.446127