“Müharibənin ildönümündə böyük hadisə olacaq, RF bunu unutmayacaq” – Kuleba

2023-02-13 10:20:00

“Müharibənin ildönümündə böyük hadisə olacaq, RF bunu unutmayacaq” – Kuleba

Hurriyyet.az “Vesti.ua” portalına istinadla xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümündə Nyu-Yorkda “Moskvanın həmin günü yaddaşına yazmağa məcbur olacağı böyük bir hadisə”nin baş verəcəyini bildirib.

Kuleba qeyd edib ki, söhbət Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasından çıxarılmasından getmir. Onun sözlərinə görə, 23 və 24 fevral “yalnız RF-nin təcavüzkarlığına həsr ediləcək”.

Kuleba deyib: “Çox mühüm siyasi siqnallar, silahla, sanksiyalarla bağlı qərarlar, birlik simvolları olacaq və bu, bütün səviyyələrdə baş verəcək. Belə deyək: “Rusiya Ukraynaya tammiqyaslı təcavüzünün ildönümünün dünya tərəfindən necə qeyd edildiyini unutmayacaq”.

Bundan əvvəl AP agenttliyinin yaydığı məlumatda Ukrayna ilə Qərb ölkələrinin BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü, birliyini, suverenliyini, müstəqilliyini təmin edən sülh razılaşmasına mümkün qədər tez nail olunması ilə bağlı qətnamə hazırladıqları xəbər verilirdi. Sənəddə Rusiyaya dərhal öz qoşunlarını çıxarmaq çağırışı da əks olunacaqdır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136771