Müharibənin ikinci mərhələsi: “Azov” batalyonu təslim olacaqmı?

2022-04-21 13:47:00

Müharibənin ikinci mərhələsi: “Azov” batalyonu təslim olacaqmı?

“Rusiya-Ukrayna müharibəsinin ikinci fazasının üçüncü günündəyik”.

Bunu Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.

Hərbi ekspert Rusiya-Ukrayna müharibəsinin ikinci hissəsi və ukraynalı rəsmilərin səsləndiriyi “həlledici döyüş” ifadəsini şərh edib:

“56-cı günündə olduğumuz müharibəni ukraynalılar 2 hissəyə bölür: birinci mərhələnin sonu və ikinci mərhələnin başlanğıcı.

Ukraynalılar ikinci mərhələnin başlanğıcını həlledici kimi səciyyələndirirlər. Xüsusən, ikinci mərhələdə ruslar 9 May paradına hazırlıq kimi bütün qüvvələrininin hücumlarını Ukraynanın cənub-şərq istiqamətinə yönəldiblər. Təxminən 70 minə yaxın şəxsi heyətlə, əsasən, Donbası – Luqansk və Donetskin inzibati əraziləri, mühasirədə olan Mariupol və Mikolaiv istiqamətindəki əraziləri 9 Maya qədər nəzarətə götürməyi hədəfləyiblər.

Ukrayna buna əsasən həlledici döyüşlərin başlayacağını bildirir. Ona görə də, Ukrayna ordusu bütün qüvvələrini bu bölgələrə cəlb edib.

Rusiyanın Mariupolu “ruhlar şəhəri”nə çevirməsi onu göstərir ki, onlar şəhəri qismən nəzarətə götürə biləcəklər. Çünki “Azov” batalyonunun müqavimət göstərdiyi yeganə məkan “Azovstal” polad zavodunun ərazisidir. Təxminən 2 minə yaxın şəxsi heyət mühasirədədir.

Ruslar Mariupolda quru qoşunlarla ciddi uğur əldə edə bilmədiyi üçün raket-artilleriya və ağır bombalarla şəhəri xarabazara çeviriblər. Onların indiki məqsədi tunellərdə gizlənən və partizan mübarizəsi aparan “Azov” batalyonu döyüşçülərini təslim etdirməkdir.

Volodimir Zelenski müraciət etdi ki, ruslar humanitar dəhliz açsınlar və hərbçilər oradan çıxarılsın. Ukrayna bilir ki, 1500 nəfərlik qüvvə ilə Mariupolu müdafiə edə bilməyəcək, amma şəhərin müdafiəçiləri döyüşməyə davam edəcəklər. Lakinməncə, şəhəri axıra qədər müdafiə etmək qeyri-mümkündür”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya