Saat:08:30
Haqqımızda

Müharibədə rollar dəyişdi... Ukrayna hücuma keçdi!

2022-05-16 17:15:00

Müharibədə rollar dəyişdi... Ukrayna hücuma keçdi!

 

Zelenskiyə hesabat verildi: "Bacardıq, cənab Prezident!"

Hurriyyet.az Türkiyənin “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, dünən strateji əhəmiyyətə malik Xarkov şəhərinin Rusiya hərbçilərindən azad edildiyini bəyan edən Ukrayna əks-hücuma keçib. Hücumların nəticəsi ilə bağlı maraqla gözlənilən açıqlama verilib. Zelenskiyə qələbə xəbəri çatdırılıb.

Dünən Rusiya qüvvələrindən geri alınan Xarkovun Rayon Hərbi İdarəsinin başçısı Oleq Sinequbov “Teleqram” kanalındakı açıqlamasında Xarkovu müdafiə edən ukraynalı hərbçilərin Rusiya ilə sərhədə çatdığını bildirib.

Bu xəbəri “Kiyev İndependent” nəşrinin hərbi müxbiri İllia Ponomarenko da təsdiqləyib.

Sinequbov bu açıqlamasından sonra Ukrayna hərbçilərinin Rusiya sərhədində olduğunu göstərən video paylaşıb.

Ukraynanın Daxili İşlər Nazirliyinin müşaviri Vadim Denisenko Ukrayna qüvvələrinin əks-hücumlarının davam etdiyini bildirib: “Hücumlarımız artıq dayandırıla bilməz...”

Ukraynanın Avstriyadakı keçmiş səfiri Oleksander Şerba öz “Tvitter” səhifəsində Ukrayna qüvvələrinin Rusiya sərhədinə doğru irəlilədiyini göstərən video klip paylaşıb.

Şerba paylaşmasında Ukrayna lideri Zelenskiyə müraciətlə yazıb: “Cənab Prezident, biz düşmən dövlətlə Ukraynanın dövlət sərhədinə çatdıq. Cənab Prezident, biz bacardıq!”

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR