Müharibə hər an bitə bilər - ŞOK GƏLİŞMƏ

2022-06-04 14:32:00

Müharibə hər an bitə bilər - ŞOK GƏLİŞMƏ

Rusiyanın daxilində daxili qarşıdurma yaranır ki, bu da müharibəni bitirə bilər.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak müharibənin hər an bitə biləcəyini bildirib.

O deyib: “Müharibə paradoksal ola bilər. Yəni hər an bitə bilər, amma mütləq Ukraynanın şərtləri ilə. Bir aya bitə bilər, qışda da bitə bilər. Çünki müharibə təkcə döyüş meydanından ibarət deyil. Bu gün təəssüf ki, şərqdə Rusiya resurslarının, xüsusən texnologiya və hərbi imkanlarını işə salıb, ağır döyüşlər gedir. Sabah bizim tərəfdaşlarımızın bizə kömək edəcəyi daha çox resurslarımız olacaq. Onda vəziyyət fərqli olacaq. Amma müharibənin öz psixologiyası var.Rusiyada daxili dünyaya bir çox amillər təsir edir”.

O vurğulayıb ki, Rusiyada daxili münaqişə yaranır. Podolyakın fikrincə, bu, müharibənin qəfil dayandırılmasına səbəb ola bilər:

“Onlar artıq təcrid olunmuş insanlardır, güclü sanksiya təzyiqi altında, reputasiya baxımından əhəmiyyətsiz görünürlər. Bütün bunlar daxili çaxnaşma yaradır, münaqişələr var. Bu kimi amillərin çoxu paradoksal olaraq müharibənin sona çatmasına səbəb ola bilər”./Teleqraf.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya