Saat:09:46
Haqqımızda

Müharibə hələ bitməyib, Ukraynanın gündəlik müdafiə dəstəyinə ehtiyacı var - Zelenski

2025-11-26 09:43:25

Müharibə hələ bitməyib, Ukraynanın gündəlik müdafiə dəstəyinə ehtiyacı var - Zelenski

Rusiya hər gün Ukrayna şəhərlərini və enerji infrastrukturunu hədəfə alır və müharibə hələ sona çatmayıb.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “İstəkli ölkələr koalisiyası”nın iclasında çıxışı zamanı bildirib.

“Diplomatik səylər davam etsə də, tərəfdaşlarımız unutmamalıdır ki, Ukraynaya müdafiə dəstəyi, təhlükəsizlik yardımı və dözümlülüyün gücləndirilməsi hələ də gündəlik olaraq lazımdır”, — Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, davam edən hücumlar fonunda Ukraynanın hərbi və enerji təhlükəsizliyinin təmin edilməsi prioritet olaraq qalır. (APA)