Saat:00:21
Haqqımızda

“MÜHARİBƏ BUNA GÖRƏ BAŞLAYIB...” - “Hərbi əməliyyatlar heç bir prinsipial nəticə gətirməyəcək”

2023-11-21 13:23:02

“MÜHARİBƏ BUNA GÖRƏ BAŞLAYIB...” - “Hərbi əməliyyatlar heç bir prinsipial nəticə gətirməyəcək”

“Rusiya istərdi ki, Ukrayna Belarus kimi olsun. Hər şey buna görə başladı”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın müxalif “Yabloko” partiyasının rəhbəri Qriqori Yavlinski yeni müsahibəsində söyləyib.

Yavlinski deyib ki, Putin hakimiyyətini Ukraynanın ərazilərindən daha çox, onun Rusiyanın daimi təsiri və nəzarətində olması maraqlandırır: “Dəfələrlə ən yüksək səviyyədə deyilib ki, Rusiya ərazilərlə maraqlanmır. Bu isə tamam başqa geosiyasi hadisədir. Amma fakt budur ki, Ukrayna Belarus kimi olmaq istəmir. Üstəlik, vəziyyət elədir ki, Ukrayna Belarus kimi olmaqdan çox uzaqdır. Ona görə də Rusiya öz xəttini davam etdirir və insanlar kütləvi şəkildə ölməkdə davam edir”.

Müxalif siyasətçi növbəti dəfə bildirib ki, vəziyyətdən yeganə çıxış yolu dərhal atəşkəsə nail olub, danışıqlara başlamaqdır: “Bu gün vəziyyət elədir ki, hərbi əməliyyatlar heç bir prinsipial, fundamental inkişaf, nəticə gətirməyəcək. Ona görə də atəşkəs məsələsini gündəmə gətirmək lazımdır. Bundan sonra növbəti addımların müzakirəsi olacaq: atəşkəsin şərtləri, qoşunların çıxarılması və sair".

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.573519