Saat:19:18
Haqqımızda

Müharibə bitəcəkmi? Putinin açıqlaması

2025-12-17 15:34:28

Müharibə bitəcəkmi? Putinin açıqlaması

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putin Ukraynada müharibənin davam edəcəyini bəyan edib.
Putin RF Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında deyib: "Biz  münaqişənin əsas səbəblərini diplomatiya yolu ilə həll etməyə üstünlük veririk, lakin Ukrayna ilə onun xarici havadarları əsaslı danışıqlarda iştirak etməkdən imtina etsələr, Rusiya məqsədlərinə hərbi yolla çatacaq". 
Putin qeyd edib ki, Rusiyanın strateji nüvə qüvvələri dünyada güc balansının qorunmasında əsas rol oynamağa davam edəcək.
Putin robototexnika və süni intellekt texnologiyalarının orduya daxil edilməsinin sürətləndirilməsi, eləcə də xarici ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsi tapşırıqlarını verib. O, "Oreshnik" raket sisteminin 2025-ci ilin sonuna qədər istifadəyə veriləcəyini bildirib.
Hürr Tərcüman