Mühacir İçkeriya hökumətinin başçısı Əhməd Zakayev Şimali Qafqaz xalqlarını Rusiyaya qarşı birləşməyə çağırdı

Rusiyanın dağılma potensialından ilham alan və azadlığını əldə etməyə can atan xalqlarda oyanış prosesi vüsət alır. Aydındır ki, özünü Ukraynada müharibə bataqlığına sürükləyən Rusiyanın bu mübarizədən bütöv halda çıxmayacağı ümidi buna təkan verir.
Belə ki, sürgündə olan “İçkeriya” hökumətinin başçısı Şimali Qafqaz xalqlarını Rusiya Federasiyasına qarşı mübarizədə birləşməyə çağırıb.
“Biz Şimali Qafqazın qardaş xalqlarını eyni kursa sadiq qalmağa və Ukraynada müharibə üçün məcburi səfərbərliyə hər cür təxribat verməyə çağırırıq. Əgər qafqazlılar öz hərbi şücaətlərini göstərmək istəyirlərsə, gəlin Qafqazın Rusiyanın müstəmləkəçiliyinə qarşı, total ədalətsizliyə qarşı birgə mübarizə aparaq... Biz Şimali Qafqazı rus boyunduruğundan azad etməliyik”, deyə İçkeriya Çeçenistan Respublikasının sürgündə olan başçısı Əhməd Zakayev başçısı bildirib.
Bundan başqa, Ukrayna Ali Radasının Komitəsi Krım yarımadasındakı yaşayış məntəqələrinə tarixi adların qaytarılması ilə bağlı təkliflərin hazırlanmasına dair qanun layihəsini qəbul edib. Bu səlahiyyətlər Ukrayna Nazirlər Kabinetinə veriləcək.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya