“Müğənnini efirə çıxarıb soruşurlar ki, “Tumanını neçəyə almısan?”

2022-06-14 19:47:00

“Müğənnini efirə çıxarıb soruşurlar ki, “Tumanını neçəyə almısan?”

“Nadir Qafarzadə “efirlərə çıxmayacam” desə də, 2 həftə əvvəl mənim verilişimdə qonaq idi...”

Bu sözləri Yenisabah.az-a tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) deyib.

O, yerli telekanallarda efirə gedən bəzi proqramların “ağlaşma” üzərində qurulduğunu bildirib:

“Nadir o sözü bütün verilişlərə aid etməmişdi. Bəzi verilişlər insanların əsəbini korlayır. Düşünürəm ki, təkcə Azərbaycanda yox, dünyanın hər bir yerində səhər verilişləri əyləncəli olur, günorta verilişləri sosial, axşam da yenə əyləncəli olur. Ölkəmizdə isə bəzi kanallarda tərsinədir, səhər də “ağlayırlar”, günorta da, axşam da. 

Kanallar “ağlamaq” üzərində qurulub, aparıcılar da bunu edir. Baxın, bu gün hər şey eynidir, heç nə dəyişmir. 

Dostumuz Nanə Ağamalıyeva illərdir eyni cür veriliş aparır, səhər müğənni gəlir, “anası öldü”, “atası öldü”, efirdə anasının qəbri göstərilir, ölən qardaşının şəkilləri göstərilir, ağlayırlar, sonra gülürlər.

Nanənin səhər verilişlərinin demək olar ki, hamısı ölümələ bağlıdır, yas ab-havalıdır, verilişinin adı “Səhəri ağlamaqla başlayaq” olmalıdır”.

Prodüser qeyd edib ki, əyləncəli verilişlər standartdır və heç bir yeniliyə əl atılmır:

“Zümrüd Bədəlova dostumuzdur, amma orada da eyni tip müğənnilər gəlir. “Xəzər” televiziyasında Afaqgildir, çalışırlar əyləncəli nəsə etsinlər, amma primitiv olur, çünki mövzu eynidir: “Səhər nə yemisən?” “Günorta dostundan pul istə” və s. Bunlar illər öncədən var idi, 15 il bundan qabaq “Çal-Çağır” vaxtında bunu ediblər. 

Zaurun verilişi axşam gəlir, ancaq müğənnilərə “Qolundakı saat neçəyədir?” “Tumanını neçəyə almısan?” tipli suallar verilir.

Bir sözlə, hər şey məişət söhbətləri üzərində qurulub”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya