Saat:22:49
Haqqımızda

"Muğan Bank"da olan əməkhaqqı kartlarındakı PULLARIN TALEYİ NECƏ OLACAQ?

2023-10-27 11:20:16

Vüqar Bayramov: "Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir"

"Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Muğan Bank"da olan əməkhaqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan çoxsaylı suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir: "Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir. Fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir".

CESD sədri əlavə edib ki, bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir: "Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.588285