Saat:14:52
Haqqımızda

Müəllimlərin təhsil müəssisəsinə buraxılması qaydası AÇIQLANDI

2021-09-14 13:02:00

Müəllimlərin təhsil müəssisəsinə buraxılması qaydası AÇIQLANDI

"Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əmək haqqı məsələsi ilə bağlı hələ ki məlumat yoxdur".

Hurriyyet.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir müşaviri qeyd edib ki, hazırda təhsil müəssisələrinə əks-göstəriş sertifikatı təqdim edilir: "Proses davam etdiyindən rəqəmlər gündəlik olaraq dəyişir və say demək mümkün deyil. Lakin peyvənd olunmayan və əks-göstəriş, eyni zamanda immun sertifikatı təqdim etməyən müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar".

Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR