Saat:08:25
Haqqımızda

“Müəllimlərin işə qəbulu məsələsində inqilabi dəyişiklik edilib” - Ekspert

2021-10-02 12:54:00

“Müəllimlərin işə qəbulu məsələsində inqilabi dəyişiklik edilib” - Ekspert

Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu imtahanları (MİQ) ilə bağlı narazılıqlara münasibət bildirib . Nazir AzTV-yə müsahibəsində qeyd edib ki, bu məsələni yaxından izləyir:

“Həm ictimaiyyət üçün, həm cəmiyyət üçün, həm də sosial mediada özüm yaxından izləyirəm. Başa düşürəm ki, müəyyən mənada xeyli sayda bu prosesdən narazı olan insanlar var. Amma istərdim məsələlərə obyektiv baxaq. Həmişə məsələlərə obyektiv baxmaq üçün rəqəmlərlə, statistika ilə danışmaq daha doğrudur. Çünki emosiyalar aldadıcı ola bilər. Hər kəsin emosional duyğularını başa düşürəm, istərdim, bu proses qarşılıqlı olsun. Təhsil Nazirliyinin də mövqeyi nəzərə alınsın.

Dəyişməyən bir məsələ ondan ibarətdir ki, Azərbaycan təhsil sistemində 150 min müəllim işləyir. Bir müəllim orta hesabla 30 il xidmətdə olursa, təxminən 5-6 min vakant yer mümkündür. Nazirlik də hər il bu sayda vakant yer çıxarır. Həqiqət budur ki, bu yerlər də həmişə tam tutulmur, ucqar yerlərdə boş qalır. Bu, böyük say deyil, 1000-2000 qədərdir. Bu həqiqət heç vaxt dəyişmir, 150 min müəllimi olan sistemin il ərzində beş min-altı min vakant yeri ola bilər. Ona görə Təhsil Nazirliyindən 10-15 min vakant yer gözləmək qeyri-realdır. Bu, riyazi olaraq mümkün deyil və hər hansı bir şəxsin istəyinə bağlı deyil".

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

Kamran Əsədov: “Artıq ucqar yerlərdə yaşayan və orada daimi qeydiyyatda olan şəxslər ön plana keçəcəklər”

Hurriyyet.az-ın məlumatına görə, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bu ildən etibarən Təhsil Nazirliyi müəllimlərin işə qəbulu məsələsinə çox mühüm, müsbət inqilabi dəyişikliyə imza atıb: “Orta ümumtəhsil məktəb müəssisələrində müəllim vəzifəsinə qəbul 2009-cu ildən etibarən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu il ilk dəfə Bakıda şəhərində keçirilib. 2011-ci ildən etibarən ölkədə bütün məktəblərə  müəllim  vəzifəsinə  qəbul mərkəzləşdirilmiş qaydada olub. Lakin 2013-cü ildən başlayaraq bu sahədə həm vakant yerlərinin sayı ilə bağlı, həm də müsabiqənin şəffaflığı, obyektivliyi ilə baxımından böyük dəyişikliklər olub. Bu il yəni 2021-ci ildə tamamilə yeni, müsbət sayılacaq inqilabi proses başladı. Belə ki, indiyə qədər vakant yerlərinin seçimində əsas faktor əlbəttə ki, müəllimlərin işə qəbul imtahanında topladığı bal idi. Lakin çox təəssüflər olsun biz təcrübədən də görük ki, orta ümumtəhsil müəssisələrində xüsusən də bölgələrə, ucqar yerlərə müəllim vəzifəsinə qəbul olanlar bir ildən sonra oranı tərk edirdi və nəticədə həmin məktəblərdə müəllim çatışmazlığı baş verirdi və şagirdlər müəllimsiz qalırdı.

Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün çox mühüm bir dəyişiklik etdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, artıq ucqar yerlərdə yaşayan və orada daimi qeydiyyatda yaşayan şəxslər ön plana keçəcəklər. Bu vaxta qədər müəllimlər vakant yerini seçəndə kim daha çox bal toplayırdısa, ön sıralarda olurdu, indi isə vakant seçimində həmin ərazidə qeydiyyatda olanlar önə çıxır. Bu ona görə vacibdir ki, müəllimlər sonrada həmin yerlədən imtina edib, başqa yerə getməsinlər".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR