Müəllimlərin əmək haqqı artırıla bilər

2022-05-21 11:05:00

Müəllimlərin əmək haqqı artırıla bilər

“Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsi üçün çərçivə sənədi hazırlanır”.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O qeyd edib ki, sənəd yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək: “Sənəddə sualların əhatə dairəsi barədə məsələlər öz əksini tapacaq”.

Şöbə müdiri əlavə edib ki, müəllimlərin sertifikatlaşdırılması gələcəkdə stimullaşdırmaya zəmin yaradır.

Onun sözlərinə görə, gələcəkdə hansısa əməkhaqqı islahatlarında bu nəticələr nəzərə alına bilər.

Şöbə müdiri eyni zamanda deyib ki, sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər: “Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər. Sertifikasiyadan keçən müəllimin nəticələri 5 il qüvvədə olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya